Ermənistanda koronavirusa yoluxanların sayı 1400-ü keçdi

© REUTERS / DIEGO VARAГоспиталь, фото из архива
Госпиталь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu keçib, 170 mindən çox adam isə virus səbəbi ilə ölüb

 

BAKI, 21 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 1401-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 62 nəfər artıb.

Bundan əlavə, Ermənistanda koronavirusdan daha iki nəfər ölüb. Bununla da ölənlərin sayı 24-yə çatıb. Xəstəlikdən sağalanların sayı 609-a çatıb.

Hazırda Ermənistanda 737 nəfər virusdan müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu keçib, 170 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0