23:55 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (493)
25 0 0

Gürcüstan hökumət Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

BAKI, 21 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 408-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha altı nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 95-i sağalıb, 3-ü ölüb. Hazırda bu ölkədə 4 779 nəfər karantində, 561 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Gürcüstan hökumət Tbilisi də daxil olmaqla, ölkənin dörd böyük şəhərinə 10 gün müddətinə giriş-çıxışı bağlayıb.

"Aprelin 15-i saat 21:00-dan etibarən ölkənin dörd böyük şəhərində - Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş-çıxış 10 gün müddətinə bağlanır", - deyə Qaxariya qeyd edib. Bundan əlavə, aprelin 17-dən ölkədə şəxsi minik avtomobillərinin hərəkəti tam dayandırılıb.

Baş nazir qeyd edib ki, ölkədə tətbiq olunan fövqəladə halın may ayının 10-a qədər uzadılması üçün ölkə prezidentinə müraciət edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 martdan qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunub.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (493)

Əlaqədar

Yeni müəmma yaranıb: Meyitdən koronavirus keçə bilərmi?
Trampdan jurnalistlərə koronavirus ittihamı - Şişirdirsiz!
Rusiyada koronavirusa yoluxanlarda qəribə tendensiya müşahidə olunur
Almaniya Çindən koronavirusun mənşəyinə dair izah tələb etdi
Diabet xəstələri koronavirusdan necə qorunmalıdır?

Əsas mövzular