“Sərhədlər bir il bağlı qalsın”

© AFP 2023 / JOE KLAMARГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hörmətli vətəndaşlardan daha 1 ay, bəlkə də ay yarım səbr etməyi xahiş edirəm. İnsan həyatında 1 ay çox qısa dövrdür və bu bir ayı üzündə maska ilə gəzmək koronavirusa yoluxmaqdan daha yaxşıdır

BAKI, 20 aprel - Sputnik. Ölkələrin sərhədlərini daha bir il bağlı saxlamaq lazımdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Çexiya Prezidenti Miloş Zeman F1 radiostansiyasının efirində deyib.

Çex liderinin fikrincə, bu tədbirlər epidemiyanın yeni dalğasından qaçmaq üçün vacibdir. “Hesab edirəm ki, vətəndaşlarımız bu şəraitdən öz ölkələrinin gözəlliyindən həzz almaq üçün yararlana bilərlər”, - Zeman təklif edib.

Флаг Европейского Союза, фото из архива - Sputnik Azərbaycan
Avropa "bağlanır"

Bir qədər öncə oxşar təklifi ölkənin Səhiyyə nazirinin müşaviri Roman Prımula dilə gətirib. Onun sözlərinə görə, Avropa İttifaqında dövlət sərhədləri iki il müddətinə bağlı qala bilər. Avrokomissiya Avropa İttifaqı ölkələrinə mayın 15-dək vətəndaşlarına Şengen zonası daxilində ölkələrə girişdə məhdudiyyət tətbiq etməyə çağırıb.

Şənbə günü Çexiyanın Səhiyyə naziri Adam Voytex jurnalistlərə bildirib ki, pandemiyadan qabaqkı vaxtlardakı kimi məhdudiyyətsiz səyahətlər yaxın gələcəkdə, çətin ki, mümkün olsun. Onun sözlərinə görə, yalnız bəzi, koronavirusa yoluxmaq riski minimal olan ölkələrə klassik səyahətlər mümkün ola bilər. Hazırda turist mübadiləsi barədə danışıqları Çexiya Slovakiya və Xorvatiya ilə aparır.

Çexiya Prezidenti isə çıxışında insanların tibbi maska taxmamasına da qeyzlənib. Son vaxtlar ölkədə karantin rejiminə rəğmən bu qaydanı tez-tez pozurlar.

“Birincisi, 10 min kron (təxminən 400 dollar) məbləğində cəriməni yadınıza salmaq istəyirəm. İkincisi, hörmətli vətəndaşlardan daha 1 ay, bəlkə də ay yarım səbr etməyi xahiş edirəm. İnsan həyatında 1 ay çox qısa dövrdür və bu bir ayı üzündə maska ilə gəzmək koronavirusa yoluxmaqdan daha yaxşıdır”, - Zeman deyib.

Bazar axşamına olan məlumata görə, Çexiyada 6701 koronavirusa yoluxma halı təsbir olunub. 186 nəfər olüb (onlardan beşi son sutka ərzində dünyasını dəyişib), 1298 nəfər sağalıb.

Xəbər lenti
0