Kim Çen Indan gözəl məktub almışam – Tramp

© REUTERS / ALEXANDER DRAGOДональд Трамп
Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Həftənin əvvəlində Cənubi Koreya hərbçiləri bəyan ediblər ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə mərmi, çox güman ki, qanadlı raket buraxıb

BAKI, 19 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri ilə əvvəlkitək gözəl münasibət saxlayır.

Sputnik Azərbaycan RİA Novosti-yə isitinadən bildirir ki, onun sözlərinə görə, bu yaxınlarda Kim Çen Indan “gözəl məktub” alıb.

“Şimali Koreya yaxın mənzilli raketin sınağını keçirib. Amma bununla yanaşı, mən yaxınlarda ondan (Şimali Koreya liderindən) gözəl məktub almışam. Hesab edirəm ki, onun işləri yaxşıdır”, - Tramp Vaşinqtonda mətbuat konfransı zamanı jurnalistin Şimali Koreya ilə münasibətlər barədə sualını cavablandırarkən deyib.

Həftənin əvvəlində Cənubi Koreya hərbçiləri bəyan ediblər ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə mərmi, çox güman ki, qanadlı raket buraxıb. Onların uçuş mənzili təxminən 150 km olur. Bundan başqa, Şimali Koreyanın HHQ-sinin Vonsan şəhəri ətrafında aktivliyi də qeydə alınıb: “Su” qırıcıları “hava-yer” tipli raketlər buraxıblar.

Xəbər lenti
0