Koronavirusa yoluxanların sayı 2,1 milyonu keçdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 671 min 349 nəfərə çatıb

BAKI, 17 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 2 158 594-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Axşam yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
“Heyvanları yemək insanları diz üstə qoydu” – yeni koronavirus “səbəbkarları”

Məlumata əsasən, virusa yoluxmuş 145 533 nəfər vəfat edib, 537 329 minə yaxın şəxs isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 671 min 349 nəfərə çatıb. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 184 948 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0