Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Britaniya sahillərində minlərlə naməlum böcək peyda olub

© AR Ministry of AgricultureBöcək
Böcək - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın bütün çimərliyin qara nöqtələrlə örtüldüyünü fərq edib. Əvvəlcə o, bunun nəyinsə toxumu olduğunu düşünüb. Amma yaxından baxanda qumun üstündə minlərlə ölü və canlı böcəyi görüb

BAKI, 17 aprel — Sputnik. Böyük Britaniyanın Skorboro şəhərinin sakini Syu Uizerill aprelin ortalarında Keyton-Beydəki yerli çimərlikdə gəzişərkən dəhşətli bir kəşf edib.

Qadın bütün çimərliyin qara nöqtələrlə örtüldüyünü fərq edib. Əvvəlcə o, bunun nəyinsə toxumu olduğunu düşünüb. Amma yaxından baxanda qumun üstündə minlərlə ölü və canlı böcəyi görüb.

Uizerill həşəratların foto və videolarını çəkərək Facebook səhifəsində yayımlayıb. Əlbəttə ki, o, çimərlikdə böcəkləri görən tək insan deyil. Onun paylaşımından sonra sosial şəbəkələrdə bu barədə digər fotoşəkillər də görünməyə başlayıb.

İstifadəçilər bu qəribə böcəklərin nə olduğunu təxmin etməyə çalışıblar. Versiyalardan birinə görə, bu böcəklər həmin rayonda məskunlaşmış yarpaqyeyənlərdir. Lakin tezliklə Berniston və Skorboro Sahil Mühafizəsinin komandası Facebook səhifəsində bu barədə rəsmi bəyanat yayımlayıb.

Onlar çimərlikdəki həşəratların dənizə heç bir çıxışı olmayan kontinental Avropada yaşayan may böcəyi olduğunu bildiriblər. Onların Britaniya sahillərinə necə gəlib çıxması isə sirr olaraq qalır.

Xəbər lenti
0