"Resursları azaltmağın vaxtı deyil" - BMT baş katibi Trampı tənqid etdi

© AP Photo / Seth WenigАнтониу Гутерриш, фото из архива
Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın fikrincə, ÜST koronavirus haqqında vaxtında məlumat verməyib, həmçinin həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb

BAKI, 15 aprel — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırmaq qərarını tənqid edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Trampın qərarı haqqında dünən məlum olub. Onun fikrincə, ÜST koronavirus haqqında vaxtında məlumat verməyib, həmçinin həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.

"Hazırda Ümumdünya Səhiyyə Təşkilatının və ya virusa qarşı mübarizə aparan hər hansı bir digər humanitar təşkilatın fəaliyyəti üçün (ayrılan – red.) resursları azaltmağın vaxtı deyil", – Quterreş bəyanatında bildirilib.

BMT baş katibi qeyd edib ki, beynəlxalq birlik pandemiyanı dayandırmaq və onun "dağıdıcı nəticələrini" aradan qaldırmaq üçün birgə çalışmalıdır.

 

Xəbər lenti
0