Pandemiya islahatı - Köhnə dünya necə yenilənəcək

© AFP 2023 / ALBERTO PIZZOLIСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
Abunə olmaq
Avropalı rəsmilərin bütün qorxulu açıqlamalarının əsas məqsədi pandemiyadan sonra Avropanın yeni reallıqlar ilə yaşamalı olacağını cəmiyyətə çatdırmaqdır.

BAKI, 14 aprel — İrina Alksnis, Sputnik. Fransa prezidenti koronavirus pandemiyasına görə tətbiq edilmiş dörd həftəlik ümummilli özünütəcrid və karantin rejimini daha dörd həftə, yəni mayın 11-dək uzadıb. Yelisey sarayının bu qərarı gözlənilməz olmayıb. Sual yalnız rejimin hansı müddətə – bir və ya ay yarım uzadılacağından və hansı yeni məhdudiyyətlərin tətbiq olunacağından, yaxud da əksinə, hansı məhdudiyyətlərin götürüləcəyindən ibarət idi.

Emmanuel Makronun və digər Avropa rəsmilərinin yeni bəyanatları şübhəsiz ki, vətəndaşların baş verən sistemli dəyişiklikləri dərk etməyə və onlara uyğun olaraq öz həyatlarını yenidən qurmağa sövq edildiyi anlamına gəlir.

Теолог Гаджи Адиль Гусейнов - Sputnik Azərbaycan
Pandemiya ilə əlaqədar Ramazan ayında hansı şərtlər yerinə yetirilməlidir – teoloq danışır

Ötən şənbə günü Fransa prezidenti Şengen zonasının sərhədlərinin sentyabra qədər bağlana biləcəyini bildirib. Hələ ki, Avropa İttifaqına məcburi olmayan səfərlərə qadağa mayın 15-dək qüvvədədir. Lakin, görünür, bu müddətin uzadılması qaçılmazdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Makronun dediklərini təkrarlayıb. O, vətəndaşlara Avropada yay tətili üçün səyahət planları qurmağı belə düşünməməyi deyib.

Onun başqa bir açıqlaması isə bundan da ağır səslənib: yaşlı insanlar üçün ciddi özünü təcrid rejimi ilin sonuna qədər uzadıla bilər (yəni səkkiz ay yarım!). Ursula fon der Lyayenin sözlərinə görə, bu məsələ COVID-19 peyvəndi ilə əlaqələndirilir – həmin vaxta artıq peyvənd olacaq.

Lakin, bu iddia elə də dəqiq deyil.

Hazırda həqiqətən də bir çox ölkələrdə peyvəndin yaradılması üzrə fəal işlər gedir. Rusiyalı mütəxəssislər yayın əvvəlində peyvəndin insanlar üzərində testlərini başlamağı planlaşdırırlar. Çində klinik tədqiqatlar yüksək səviyyədə aparılır və işlər məhz ilin sonuna qədər başa çatacaq.

Пассажиры в зоне регистрации на рейсы, фото из архива - Sputnik Azərbaycan
Bir bu çatmırdı: Məşhur bank pandemiyadan sonra üçün daha sərt tədbir irəli sürdü

Hələ ki insanlar üzərində testlərə başlamamış britaniyalılar isə sentyabra qədər nəticə vəd edirlər. Lakin onların nikbinliyi açıq-aşkar şübhəli görünür. Bu cür preparatların yaradılması protokolları son dərəcə ciddidir və ilk növbədə heyvanlar, sonra isə insanlar üzərində çoxaylıq sınaqları tələb edir. Ekspertlərin fikrincə, real müddət bir ildir. Odur ki, Britaniya alimləri ya öz perspektivlərini xeyli bəzəyirlər, ya da əczaçılıq məhsullarının insanlar üçün təhlükəsizliyinə zəmanət verən qaydaları pozmağa hazırlaşırlar.

İstənilən halda, Avropa hakimiyyətinin yaşlı vətəndaşlar üçün özünütəcrid rejimini uzatmağa səbəbi olacaq. Çünki peyvənd yaradıldıqdan sonra da onun Avropada bir çox bürokratik təsdiqləmələrdən keçməsi lazımdır.

Makronun sözlərinə görə, koronavirusun dünyada yayılmasındakı fərqlər yeni epidemiya risklərini yaradır — əgər belədirsə, bəzi məhdudlaşdırıcı tədbirlər bir və ya iki il saxlanıla bilər, digərləri isə vəziyyətə görə tətbiq edilə, ləğv oluna və yenidən tətbiq edilə bilər.

Dörd divar arasında yaşlı vətəndaşların bu qədər uzun vaxt keçirməsinin onların psixoloji, mənəvi və fiziki vəziyyətinə nə qədər amansız təsir göstərəcəyini təsəvvür etmək də çətindir. Eləcə də, milyonlarla insanın və bir çox müəssisələrin hazırda təlaş içində olduğunu əminliklə demək olar.

Врачи во время операции, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cərrahi əməliyyat zamanı pandemiyadan qorunmağın yolları - Bunu siz də bilməlisiz

Amma görünən odur ki, avropalı rəsmilərin bütün bu qorxulu açıqlamalarının əsas məqsədi qaçılmaz tədbirləri əvvəlcədən elan etmək deyil (ümid var ki, əslində hər şey daha yüngül olacaq), pandemiyadan sonra Avropanın yeni reallıqlar ilə yaşamalı olacağını cəmiyyətə tədricən çatdırmaqdır.

Hər halda insanların əksəriyyəti hazırkı hadisələri nisbətən qısa müddətli, dəqiq çərçivələri olan və bir neçə həftədən sonra bitməsilə hər şeyin öz yerinə dönəcəyi bir fors-major hadisə kimi qəbul edirlər. Biznes (xüsusilə kiçik və orta) əlbəttə ki narahatdır, lakin həm də dövlətin yardımına güvənir və hər şeyin bitməsindən sonra gəlirini necə bərpa edəcəyini fikirləşir.

İndi isə hər şey aydındır ki, heç nə bitməyəcək. Bəli, tədricən məhdudiyyətlər və qadağalar aradan qaldırılacaq. Məsələn, Avstriyanın indi etdiyi kimi – bu ölkə antiepidemioloji rejimi azacıq yumşaldır. Bu gündən etibarən Avstriyada sahəsi 400 kvadratmetrə qədər olan kiçik mağazalar açılır — təbii ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmaqla. Lakin iqtisadiyyatın böyük sahələri (turizm, aviadaşımalar, əyləncə və kütləvi tədbirlər — saymaqla bitmir) qeyri-müəyyən bir müddət üçün tam və ya qismən qadağa rejimində qalacaq. Bu isə müəssisələrin müflisləşməsi və böyük işsiz kütlələrinin yaranması deməkdir, çünki aylarla fəaliyyətsizlik və aydın perspektivin olmadığı bir şəraitdə heç bir dövlət dəstəyi biznesin ayaq üstə qalmasını təmin edə bilməyəcək.

Ситуация в связи с эпидемиологической обстановкой в Южной Корее - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST SOS verdi – Pandemiya təhlükəsi realdır

Britaniya mediasının məlumatına görə, "Arsenal" futbol klubunun oyunçuları pandemiyaya görə maaşlarının azaldılmasına dair rəhbərliyin təkliflərini rədd ediblər. Böyük pullar ödəyən işəgötürənə bu çətin vaxtda kömək etmək istəməyən bu futbolçuların əməlində insanın kor eqoizmini görmək olar. Bəlkə də əksinə, vəziyyətin doğru başa düşülməsini... Çünki kütləvi tədbirləri və astronomik maaşları ilə seçilən idman sahəsi baş verən dəyişikliklərin əsas qurbanlarından birinə çevrilə bilər. Odur ki, idmanın iflasa uğramaq həddində olduğu bir vaxtda futbolçuların özlərinə əziyyət verməyinin mənası yoxdur. Əksinə, hazırda onlar üçün ən doğrusu mümkün olduğu qədər maksimum qazanc götürməkdir.

Problem ondan ibarətdir ki, cəmiyyətin ağır böhranlarda tətbiq etdiyi bu tip məntiq hadisələrin ən pis və ən çətin ssenari üzrə inkişafına səbəb olur. İnanmaq istərdik ki, ayrı-ayrı britaniyalı futbolçular olmasa da, əksər avropalılar bunu xatırlayırlar.

Xəbər lenti
0