Şimali Koreya yenə raket sınaqları aparıb

© Photo : USA-NUCLEAR/ICBM KCNA/via REUTERSЗапуск межконтинентальной баллистической ракеты Hwasong-14 в Пхеньяне, Северная Корея, 5 июля 2017 года
Запуск межконтинентальной баллистической ракеты Hwasong-14 в Пхеньяне, Северная Корея, 5 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Şimali Koreyanın hərbi əməliyyatlarının davam etdirilməsi imkanları fonunda hərbçilərimiz müşahidələr aparırlar və hazırlıqlarını saxlayırlar", - Seulun məlumatında deyilir.

BAKI, 14 aprel — Sputnik. Şimali Koreya (KXDR) qanadlı raket olduğu ehtimal edilən bir neçə mərmini Yapon dənizinə doğru buraxıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mərmilər 150 kilometrdən çox məsafəni qət ediblər.

"Şimali Koreya bu səhər Kanvondo vilayətindəki Munçxon rayonundan qanadlı raket olduğu ehtimal edilən bir neçə mərmini Yapon dənizinə doğru buraxıb. Şimali Koreyanın hərbi əməliyyatlarının davam etdirilməsi imkanları fonunda hərbçilərimiz müşahidələr aparırlar və hazırlıqlarını saxlayırlar. Hazırda ABŞ və Cənubi Koreyanın kəşfiyyat xidmətləri mövcud məlumatları diqqətlə araşdırırlar", - Cənubi Koreya Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin məlumatında deyilir.

Şimali Koreya son həftələr ərzində bir sıra qısa mənzilli raketi və digər silahları sınaqdan keçirib.

Belə ki, analitiklərin dediyinə görə, keçən ay doqquz ballistik raketin sınaqları aparılıb.

Şimal Koreya qadağan edilmiş silah proqramlarına görə BMT Təhlükəsizlik Şurasının çoxsaylı sanksiyalarına məruz qalıb.

Xəbər lenti
0