15:13 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (525)
173 0 0

Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin ediblər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir.

"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin ediblər. Bunun xaricində hər hansısa yardım göstərilməyib", - səfirlikdən bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,8 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (525)

Əlaqədar

Epidemiya səbəbiylə işini itirdi, amma varlandı
İranda koronavirusa yoluxanların sayı 73 mini keçdi
Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı
Koronavirus dövlətlərarası münasibətlərə necə təsir edəcək- politoloq danışır
Türkiyədə daha 5 min nəfər dəhşətli virusa yoluxdu
Teqlər:
yardım, Ermənistan, Türkiyә, korona virusu

Əsas mövzular