İranda koronavirusa yoluxanların sayı 73 mini keçdi

© REUTERS / WANA (West Asia News Agency) / Ali KharaПара в масках на улице в Тегеране, Иран
Пара в масках на улице в Тегеране, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində koronavirusa 1617 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 73 303-ə çatıb.

BAKI, 13 aprel — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1617 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 1617 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 73 303-ə çatıb. Bir gün ərzində 111 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 585-a çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 73 303 şəxsdən 46 mini sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,8 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0