Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı

© Sputnik Vladimir Umikashvili / Mediabanka keçidДевушка в защитной маске на улице Тбилиси
Девушка в защитной маске на улице Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda bu ölkədə 4 872 nəfər karantində, 453 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.

BAKI, 13 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 266-ya çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Virusa yoluxan şəxslərdən 67-i sağalıb. Hazırda bu ölkədə 4 872 nəfər karantində, 453 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Политолог Фикрет Садыхов - Sputnik Azərbaycan
Koronavirus dövlətlərarası münasibətlərə necə təsir edəcək- politoloq danışır

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,8 milyonu keçib, 114 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0