19:20 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
44901

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 10 aprel - Sputnik. Dünyada koronavirus qurbanlarının sayı 100 260 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (18 849), ABŞ (17 919), İspaniya (15 970) və Fransada (12 210) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 647 635-ə çatıb. Sağalanların sayı isə 369 min 116 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular