07:33 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

"Amazon" şirkətindən olan mənbə qeyd edib ki, virusa yoluxmuş şəxs anbarı tərk etdikdən sonra ərazi bir neçə dəfə dezinfeksiya olunub. Əməkdaşın vəziyyəti açıqlanmır.

BAKI, 10 aprel — Sputnik. "Amazon" şirkətinin anbalarından birinin əməkdaşında koronavirus aşkarlanıb. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, bu anbarı isə qısa müddət əvvəl Ceff Bezos ziyarət edib.

Həmin işçi sonuncu dəfə bazar ertəsi FTW6 anbarında olub. Bezos isə həmin anbara gözlənilmədən çərşənbə günü gəlib. O, maskada və əlcəkdə olub.

"Amazon" şirkətindən olan mənbə qeyd edib ki, virusa yoluxmuş şəxs anbarı tərk etdikdən sonra ərazi bir neçə dəfə dezinfeksiya olunub. Əməkdaşın vəziyyəti açıqlanmır.

Hələlik şirkət rəsmi olaraq məsələ ilə bağlı məlumat yaymayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular