12:30 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10 0 0

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

BAKI, 10 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 227-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Virusa yoluxan şəxslərdən 52-si sağalıb. Hazırda bu ölkədə 4 829 nəfər karantində, 353 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır. Ümumilikdə COVİD-2019 virusundan bu ölkədə 2 nəfər vəfat edib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Əsas mövzular