Baş nazirin işə dönəcəyi vaxt açıqlandı

© AFP 2023 / 10 Downing Street / ANDREW PARSONSБританский премьер Борис Джонсон, фото из архива
Британский премьер Борис Джонсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Boris Conson martın 27-i koronavirusa yoluxduğunu açıqlayıb. Bundan sonra o izolyasiyada olsa da, danışmağa davam edib.

BAKI, 10 aprel — Sputnik. Koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boric Conson yalnız bir ay sonra öz vəzifə səlahiyyətlərinin icrasına qayıda biləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Times" nəşri hökumətdəki mənbələrə istinadən xəbər verir.

Hökumətdəki mənbələr qeyd edib ki, Baş nazirin səhhətinin tam olaraq bərpası ən azı bir ay çəkəcək və hətta bundan sonra da onun öz vəzifəsinin icrasına qayıtması mərhələli şəkildə olacaq.

Qeyd edək ki, Boris Conson martın 27-i koronavirusa yoluxduğunu açıqlayıb. Bundan sonra o izolyasiyada olsa da, danışmağa davam edib. Aprelin üçü o video müraciətində yüksək temperaturunun qaldığını bildirib. Bazar ertəsi isə Baş nazirin ofisi Boris Consonun vəziyyətinin pis olduğunu və onun reanimasiyaya yerləşdirdiyini bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 95 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0