Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tramp Səudiyyə kralı və Putinlə neftin qiymətini müzakirə edib

© REUTERS / KEVIN LAMARQUEПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp qeyd edib ki, ABŞ qlobal tənəzzülə səbəb olduğu üçün neftin qiymətinin aşağı olmasında maraqlı deyil.

BAKI, 10 aprel - Sputnik. ABŞ prezidenti Donald Tramp neftin qiymətini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, OPEC + dünyada neft qiymətlərini sabitləşdirmək üçün hasilatın azaldılması ilə bağlı razılığa yaxındır.

“Bizim çox yaxşı söhbətimiz oldu. Görək nə baş verir. Bildiyiniz kimi, OPEC bu gün görüşdü. Deyərdim ki, razılaşmağa yaxındırlar. Bir azdan biləcəyik”.

Tramp əlavə edib ki, xarici liderlərlə telefon danışığı bir saatdan çox davam edib.

Bununla yanaşı, o qeyd edib ki, ABŞ qlobal tənəzzülə səbəb olduğu üçün neftin qiymətinin aşağı olmasında maraqlı deyil.

"Koronavirus pandemiyası səbəbindən neft məhsullarına tələbat 40% azalıb, ölkə hökuməti “milyonlarla barel” nefti saxlamağa məcbur olublar. Biz milyonlarla barel nefti anbarlara göndərmişik, heç kim bunun mümkün olacağını düşünməmişdi”.

Xəbər lenti
0