Ermənistanda koronavirusdan ölənlərin sayı 10-a çatdı

© AP Photo / John MinchilloСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb

BAKI, 9 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 921-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində yoluxanların sayı daha 11 nəfər artıb.

Bundan əlavə, Ermənistanda koronavirusdan daha bir nəfər ölüb. Bununla da ölənlərin sayı 10-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0