Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC neft hasilatını radikal şəkildə azaltmağı nəzərdən keçirir

© AFP 2023 / Giuseppe CacaceНефтяной танкер в порту Рас-Эль-Хайр в Саудовской Аравии
Нефтяной танкер в порту Рас-Эль-Хайр в Саудовской Аравии - Sputnik Azərbaycan
Abunə olmaq
Belə variantların birinə əsasən, ilin sonuna qədər tərəflər neft hasilatını gündəlik 10 milyon barelə qədər azalda bilər.

BAKI, 8 aprel — Sputnik. OPEC sabah baş tutacaq OPEC+ iclası üçün neft hasilatının həcmlərinin azaldılmasına dair bir sıra variantlar hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bloomberg agentliyi təşkilatın materiallarına istinadən xəbər verir.

Belə variantların birinə əsasən, ilin sonuna qədər tərəflər neft hasilatını gündəlik 10 milyon barelə qədər azalda bilər.

Daha bir variant isə istehsalçılar qrupu tərəfindən yataqların işlənməsinin azaldılmasından imtina edilməsini nəzərdə tutur. OPEC-in analizlərinə əsasən, 2020-ci ilin ikinci rübündə dünyada neftə tələbat sutka ərzində 11,9 milyon barelə düşəcək.

Xatırladaq ki, ötən gün danışıqların gedişi ilə tanış olan mənbə "RİA Novosti"-yə bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanı hələ də neft hasilatının azaldılmasına dair razılaşmanın şərtlərində ortaq məxrəcə gələ bilmir.

"Tərəflər konkret sxem barədə razılığa gələ bilməyib, ona görə də böyük ehtimalla hər şey aprelin 9-u baş tutacaq OPEC+ iclasında həll olunacaq.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qələbə qazananadək müharibə: Söhbət COVİD-19-la mübarizədən getmir

Agentliyin mənbəsi danışıqların yekununa dair proqnoz verməyə çətinlik çəkib. O qeyd edib ki, aprelin 6-sı (ilk görüş tarixi) razılaşma hazır olub, hətta bəzi iştirakçılar bunu öz aralarında belə razılaşdırıblar: "Hər şey kvotalarla razılaşmayan Səudiyyə Ərəbistanının mövqeyinə görə pozuldu".

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, əgər dünya bazarlarında neftin qiyməti indiki səviyyədə qalsa, onda neftin idxalına görə yüksək rüsumlar tətbiq edəcək.

"Əgər onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) razılaşmasalar, mən rüsumlar tətbiq edəcəyəm. Çox yüksək rüsumlar. Çünki biz hazırda müstəqilik. Bizim öz neftimiz var", - deyə Tramp bildirib.

O eyni zamanda qeyd edib ki, Birləşmiş Ştatlar "xarici ölkənin neftini almaq istəmir".

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb.

Xəbər lenti
0