03:43 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (200)
27 0 0

Lukaşenko qeyd edib ki, hökumət "sakit və gözəl şəkildə" epidemiyaya qalib gəlməlidir. O, vurğulayıb ki, Belarusda infeksiyanın yayılması ilə bağlı fəlakət yaşanmır.

BAKI, 7 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus xəstələrini şəxsən müalicə etməyə hazır olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan "Belta"-ya istinadən xəbər verir.

Hökumətin iclası zamanı Belarus lideri bildirib ki, bu məsələni səhiyyə naziri ilə müzakirə edib və ona deyib ki, lazım gələrsə onlar hər ikisi xəstəxanaya işləməyə gedəcəklər. Səhiyyə naziri isə prezidentə cavabında buna hələ ehtiyacın olmadığını bildirib.

Lukaşenko qeyd edib ki, hökumət "sakit və gözəl şəkildə" epidemiyaya qalib gəlməlidir. O, vurğulayıb ki, Belarusda infeksiyanın yayılması ilə bağlı fəlakət yaşanmır.

Son məlumatlara görə, Belarusda koronavirusa 700 nəfər yoluxub, onlardan 13-ü vəfat edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,3 milyonu keçib, 74 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (200)

Əsas mövzular