Britaniyalılar koronavirusu "dayandırmaq" üçün qeyri-adi addımlara əl atırlar

© AFP 2023 / DANIEL LEAL-OLIVASВид на Биг-Бен в Лондоне, фото из архива
Вид на Биг-Бен в Лондоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib.

BAKI, 7 aprel — Sputnik. Böyük Britaniyada vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir ki, buna səbəb insanların 5G qüllərinin koronavirusu yaydığına inanması olub. 

Qüllələrin zədələnməsi və yandırılması halları ötən həftənin əvvəlindən xüsusilə Liverpul ətrafında və İngiltərənin şərqində qeydə alınır.

Qəzet qeyd edir ki, Britaniyada 5G şəbəkələrinin yavaş tətbiqi səbəbindən, məhv edilmiş qüllələrin əksəriyyəti bahalı texnologiya ilə təchiz edilməyib. Lakin qüllələrə ziyan vurulması nəticəsində 3G və 4G şəbəkələri zərər görüb.

Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib.

"Vandallar mobil qüllələrə od vuraraq kritik infrastrukturun işini pozublar və 5G ilə COVID-19 pandemiyası arasındakı əlaqəni iddia edən yalan məlumatlar yayıblar. 5G və koronavirus arasında hər hansı bir əlaqənin elmi sübutu yoxdur", - şirkətlərin məktubunda deyilir.

"Xahiş edirik bunu dayandırmağa kömək edin. İşçilərimizə hücumun şahidi olsanız, bu barədə məlumat verin. Dezinformasiya görürsünüzsə, xahiş edirik, məlumat verin. Sizin yardımınız real əhəmiyyət daşıyacaq", - şirkətlər vurğulayıb.

Xəbər lenti
0