Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

© © Sputnik / Alexander Imedashvili Карета Скорой медицинской помощи в Грузии, фото из архива
Карета Скорой медицинской помощи в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyası ilə bağlı Gürcüstanda karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08:00 radələrində qüvvəyə minib

BAKI, 6 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 188-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Virusa yoluxan şəxslərdən 36-sı sağalıb. Hazırda bu ölkədə 5056 nəfər karantində, 386 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır. Ümumilikdə COVİD-2019 virusundan bu ölkədə 2 nəfər vəfat edib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08:00 radələrində qüvvəyə minib. 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərlərində şəxsiyyət vəsiqələri olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Xəbər lenti
0