10:19 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5901

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 278 458-ə çatıb. 7159 nəfər ölüb, 9897 adam sağala bilib.

BAKI, 4 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarında SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyindən ölənlərin sayı dünya üzrə antirekord vurub.

Sputnik Azərbaycan bildirir ki, İnfobae-in məlumatına görə, burada bir sutka ərzində 1480 insan ölüb. Portal xəbəri Cons Hopkins Universitetinin məlumatları əsasında hazırlayıb. Antirekordu Business Insider təsdiqləsə də, worldometers.info-ya istinadən yerli vaxtla cümə axşamından cümə gününə keçən dövr üçün rəqəmləri açıqlayıb - 1321 ölü sayı.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 278 458-ə çatıb. 7159 nəfər ölüb, 9897 adam sağala bilib.

Qeyd edək ki, indiyədək Avropada İtaliya və İspaniya koronavirusa yoluxan və ölənlərin sayına görə əsl faciə yaşayırdılar. ABŞ haqda elan olunan bugünkü rəqəm Avropada baş verən faciəni üstələyib. 

Əlaqədar

Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı artdı
"Qaş düzəldən yerdə..." - İnternetdə koronavirusa qarşı yayılmış məsləhətlər təhlükəlidir
Gürcüstanda koronavirusdan ilk ölüm halı: azərbaycanlıların yaşadığı bölgədəndir
Kral ailəsində daha bir kədər - bu dəfə də koronavirusla bağlı
İtaliyada bütün ailə koronavirusdan öldü

Əsas mövzular