İspaniya və İtaliyada yoluxanların sayı durmadan artır

© REUTERS / JUAN MEDINAСитуация в связи с эпидемиологической обстановкой в Испании
Ситуация в связи с эпидемиологической обстановкой в Испании - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya üzrə koronavirusa yoluxanalrın sayı 1 milyon 130 min 114-dür. Ölənlərin sayı isə 60 mini keçib

BAKI, 4 aprel — Sputnik. İspaniyada ümumilikdə koronavirusdan dünyasını dəyişənlərin sayı 11 min 744 oub. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, daha öncəki gündə bu rəqəm 10 min 935 olub.

Bir sutka ərzində dünyasını dəyişənlərin sayı 809 olub. Virusa yoluxanların sayında da artım var. Ötən gün ölkədə koronavirusa yoluxanların ümumi sayı 117 min 710 idisə, son dəqiqələrə olan məlumata görə, bu rəqəm 124 min 736 olub.

Koronavirusun daha çox yayıldığı və ölümlərə səbəb olduğu ölkələrdən biri olan İtaliyada vəziyyət heç də stabilləşmək bilmir. Son məlumatlara görə, bir gün ərzində ölənlərin sayı 766 olub, bu isə o deməkdir ki, ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı ümumilikdə 14 min 688-ə çatıb.

Dünya üzrə koronavirusa yoluxanalrın sayı 1 milyon 130 min 114-dür. Ölənlərin sayı isə 60 mini ötüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə worldometers.info məlumat yayıb. Saytın məlumatına görə, bu virusdan sağalanların sayı 234 min 23-dür.

Xəbər lenti
0