Heç məşhurlara da rəhm yoxdur: bəziləri vida etməyə macal tapmadılar

© AFP 2023 / SUZANNE CORDEIROПевица Алиша Бет Мур (Пинк), фото из архива
Певица Алиша Бет Мур (Пинк), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirusdan ölən məşhurların sayının ən azı 16 olduğu bildirilir. Mücadilə edib, sağalanlar da var

 

BAKI, 4 aprel — Sputnik. Pink kimi tanınan müğənni Alesia Bes Mure bir neçə gün öncə özünün və 3 yaşlı övladının koronavirusa yoluxduğunu açıqlamışdı. O bununla bağlı özünün sosial hesabında məlumat paylamışdı.

Sputnik Azərbaycan bildirir ki, iki həftə ərzində evdə həkim nəzarətində karantin rejimində qalan müğənni artıq həm özünün, həm də övladının sağaldığını qeyd edib. O bildirib ki, test nəticələri neqativ çıxıb.

Bundan başqa, müğənni koronavirusla mübarizə üçün yaradılan fonda 500 min dollar vəsait köçürüb. Üstəlik, anasının vaxtı ilə 18 il çalışdığı, Filadelfiyada yerləşən Templ Universiteti Xəstəxanasının Təcili Yardım Fonduna da eyni məbləğdə ianə edib.

​Bu həftələrdə pərəstişkarlarını koronavirusa yoluxdurması xəbəri ilə pəjmürdə edən təkcə Pink olmayıb.

Amerikalı aktyor, rejissor, eyni zamanda da ssenarist Tom Henks koronavirusa yoluxan məşhurlar arasındadır. Bu barədə məşhur aktyor özünün "Twitter" hesabında məlumat yayıb. O bildirib ki, özü və həyat yoldaşı Rita Vilson bərk soyuqlayıblar. Bəzi simptomların olmasına görə onlar COVID-19-a görə test ediliblər və nəticələri pozitiv çıxıb. Aktyor həkimin təlimatlarına əməl etdiklərini bildirib.

Türkiyəli məşhur futbolçu, "Fenerbahçe" klubunun qapıçısı olmuş Rüştü Rəcbər də koronavirusa yoluxanlar arasındadır. O hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.

Aktrisa Olqa Kurilenkonun da test nəticələri pozitiv çıxıb. Ukraynada doğulan aktrisa bu haqda özünün "İnstagram" profilində məlumat paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Olga Kurylenko (@olgakurylenkoofficial)

İngiltərəli aktyor İdris Elba da koronavirusa yoluxub. O bu haqda özünün "Twitter" hesabında məlumat paylaşıb. Dediyinə görə, özünü yaxşı hiss edir.

Bundan başqa, aktrisa Reyçel Matyus, müğənni Şarlotta Lourens də koronavirusa yoluxanalr arasındadırlar.

Bu xəstəlikdən sağalanlarla yanaşı, dünyasını dəyişən məşhurlar da var.

Belə ki, dünyaca məşhur kamerunlu caz ifaçısı Manu Dibanqo 86 yaşında ikən bu virusdan dünyasını dəyişib. O, 1972-ci ildə hit olan "Soul Makossa" ifası ilə məşhurlaşmışdı.

Yaponiyanın tanınmış komediya ustası Ken Şimura martın 29-da bu virusla mübarizə apara bilməyib dünyasını dəyişdi.

"The Desperately Seeking Susan" filminin sevilən qəhrəmanı Mark Blum 69 yaşında bu virusdan dünyasını dəyişib. Vulture.com-a istinadən dünyada bu virusdan ölən məşhurların sayının ən azı 16 olduğunu qeyd edə bilərik.

Xəbər lenti
0