10:59 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
46 0 0

Bu günə qədər dünyada 1170159 nəfər SARS-CoV-2 virusuna yoluxub, 63832 nəfər COVID-19 xəstəliyindən ölüb, 237978 nəfər isə sağala bilib

BAKI, 4 aprel — Sputnik. Ekvadorda qəbiristanlıqlarda yer qalmadığı üçün polis koronavirusdan ölənlərin cənazələrini evlərinin qarşısına qoyur.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ekvador Prezidenti Lenin Moreno rəsmi rəqəmlərin az göstərildiyini və bu günə qədər ölkədə koronavirusdan 2500 nəfərin öldüyünü açıqlayıb.

Məlumatlara görə, ölkədə səhiyyə sistemi çökdüyü üçün insanlar yollarda ölürlər.

Ekvadorda rəsmi məlumatlara görə, 3368 koronavirus faktı aşkarlanıb. Onlardan 145 nəfəri dünyasını dəyişib.

Qeyd edək ki, COVİD19 yeni növ koronavirus ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayıb.Bu günə qədər dünyada 1170159 nəfər SARS-CoV-2 virusuna yoluxub, 63832 nəfər COVID-19 xəstəliyindən ölüb, 237978 nəfər isə sağala bilib.

Əsas mövzular