İtaliyada bütün ailə koronavirusdan öldü

© AFP 2023 / PIERO CRUCIATTIСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə üzvlərinin hamısı eyni xəstəxanada müalicə alıb və koronavirusa yoluxmamışdan əvvəl səhhətlərində ciddi problem olmayıb

BAKI, 3 aprel — Sputnik. İtaliyanın Lombardiya vilayətində bir həftə ərzində dörd nəfərlik ailə koronavirusdan vəfat edib. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə Voqera şəhərciyində baş verib.

Məlumata əsasən ilk olaraq 86 yaşlı ailə başçısı, şəhərdə məşhur dəmirçi kimi tanınan Alfredo Bertuççi ölüb. Bundan sonra onun iki oğlu – 54 yaşlı Daniele və 46 yaşlı Klaudio dünyasını dəyişib. Sonda isə Alfredonun 77 yaşlı həyat yoldaşı Ancela Alberqati koronavirusla mübarizədə məğlub olub.

Ailə üzvlərinin hamısı eyni xəstəxanada müalicə alıb və koronavirusa yoluxmamışdan əvvəl səhhətlərində ciddi problem olmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı bir milyonu keçib, 50 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0