Məşhur sayt koronavirusdan bəhrələnir

© pixabay / PexelsПользователь за компьютером печатает на клавиатуре
Пользователь за компьютером печатает на клавиатуре - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin təqdim etdiyi məlumatlara görə, martın 24-dən etibarən premium hesablara giriş açıq olduğundan Rusiyada gündəlik trafikin artım tempi 57,1 faiz təşkil edib.

BAKI, 2 aprel — Sputnik. Dünyanın ən böyük pornoqrafiya saytı olan "Pornhub"ın trafiki Rusiyada bir həftə ərzində (24-31 mart) 1,5 dəfə artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə şirkətinin Rusiyadakı nümayəndəsi Dmitri Kolodin deyib.

Şirkətin təqdim etdiyi məlumatlara görə, martın 24-dən etibarən premium hesablara giriş açıq olduğundan Rusiyada gündəlik trafikin artım tempi 57,1 faiz təşkil edib. Bir gün əvvəl bu göstərici 3,3 faiz olub.

Martın 24-ü ilə müqayisədə fevralın 24-də trafikin artım tempi 1,2 faiz təşkil edib.

"Trafik, təbii ki artıb, özü də nəzərəçarpacaq dərəcədə. Düz martın 24-dən etibarən, yəni (premium hesablara - red.) girişi açdığımız və ertəsi gün özünütəcrid elan edildiyi zamandan bəri", - Kolodin bildirib.

"Burada təkcə izolyasiya deyil, həm də bütün dünya üzrə premium seqmentə pulsuz giriş imkanı açmağımız da öz təsirini göstərib. İstifadəçilərin cinsinə və yaşına gəldikdə isə burada heç bir əhəmiyyətli dəyişiklik olmayıb", - o, əlavə edib.

Xəbər lenti
0