04:27 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
17 0 0

"Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var", - deyə nazir əlavə edib.

BAKI, 1 aprel – Sputnik. Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib.

Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.

F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.

O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb - 8 852.

"Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var", - deyə nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 800-ü ötüb. Bunların 190 684 nəfəri sağalıb, 45 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular