Bitmişdi, yenə geri gətirdilər – Uhanda yeni koronavirus

© AFP 2023 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi statistikaya əsasən koronavirusa yoluxma hallarının əksəriyyəti Böyük Britaniya, İspaniya və İtaliyadan gələn şəxslərdə aşkarlanır.

BAKI, 1 aprel — Sputnik. Böyük Britaniyada təhsil alan çinli yeniyetmə koronavirusu onun yayılma mərkəzi Uhana geri qaytarıb. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir.

Туристы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb

Çjou adlı tələbə Uhana Nyukasldan Dubay və Pekindən keçməklə gəlib. Pekin hava limanında ondan koronavirusla bağlı analiz götürülüb. Yeniyetmədə xəstəliyin simptomları olmayıb, lakin testin nəticəsi müsbət olub.

Çjou koronavirusun simptomsuz daşıyıcısı kimi Uhan xəstəxanasına yerləşdirilib. Nəşr vurğulayır ki, rəsmi statistikaya əsasən koronavirusa yoluxma hallarının əksəriyyəti Böyük Britaniya, İspaniya və İtaliyadan gələn şəxslərdə aşkarlanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 847 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0