04:57 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
33 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 847 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbi ilə ölüb

BAKI, 1 aprel — Sputnik. Ermənistanda koronavirusun yayılması ilə bağlı Yerevan metrosunun işi dayandırılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, Yerevan metrosu aprelin 13-dək bağlı olacaq.

Bu arada Ermənistanda koronavirusa yoluxanların sayı 571-ə çatıb. Ölkədə koronavirusa yoluxan 31 nəfər sağalıb, 3 nəfər isə ölüb.

Digər qonşumuz Gürcüstanda isə koronavirusa yoluxanların sayı 115-ə çatıb. Bu ölkədə koronovirusdan sağalan şəxslərin sayı 22 nəfərdir. Daha 5106 nəfər karantində, 294 nəfər isə həkimlərin birbaşa nəzarətində saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 847 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Əlaqədar

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı son rəqəmlər
Dəmir qapı ilə taxta qapı məsəli: birinci təyyarəni göndərdilər
Diqqətli olun: Hakerlər əhalini aldatmağa başladılar
Koronavirusa yoluxanların sayı 850 minə yaxınlaşır
Rusiya karantini pozanları SMS vasitəsilə xəbərdar edəcək

Əsas mövzular