Koronavirusa yoluxanların sayı 850 minə yaxınlaşır

© AP Photo / Ebrahim NorooziСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 189 min 510 nəfərdir

BAKI, 1 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 846657-yə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 41 609 nəfər vəfat edib, 168 428 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 76 137 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 4667 nəfər artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 189 min 510 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İtaliya ilk yerdədir. Belə ki, bu ölkədə 105 792 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0