Astrofizikin koronavirus icadı burnundan gəldi

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidУченый, фото из архива
Ученый, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suinbörn Texnologiya Universitetinin alimi insanın hər dəfə əlini üzünə yaxınlaşdırdığı zaman siqnal verə biləcək maqnit boyunbağı yaratmaq qərarına gəlib. Lakin onun planları tragikomik nəticələnib.

BAKI, 31 mart — Sputnik. Avstraliyanın Melburn şəhərində yaşayan astrofizik koronavirusla mübarizə üçün cihaz yaradarkən tragikomik hadisə ilə üzləşib. Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, alimin cihazı hazırlamaq üçün istifadə etdiyi bir neçə maqnit onun burun boşluğunda ilişib qalıb.

Suinbörn Texnologiya Universitetinin alimi Deniel Riardon (Daniel Reardon) insanın hər dəfə əlini üzünə yaxınlaşdırdığı zaman siqnal verə biləcək maqnit boyunbağı yaratmaq qərarına gəlib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
İtaliya koronavirus kabusunda çırpınır

İxtiraçı bunun üçün burun dəliyinə və qulağına maqnitlər bərkidib. Lakin burun dəliyinə maqniti bərkitmək planı uğursuz nəticələnib. Maqnitləri çıxararkən onlar sadəcə bir-birinə yapışaraq onun burun boşluğunda ilişib qalıblar. Astrofizik maqnitləri kəlbətinlə çıxarmağa çalışıb, lakin bu, vəziyyəti daha da ağırlaşdırıb.

Riardonu xəstəxanaya onun həkim olan sevgilisi aparıb. Ən maraqlısı odur ki, qadın çətin vəziyyətdə qalmış sevgilisini öz çalışdığı xəstəxanaya aparıb. Məqsəd isə ona mümkün qədər tez tibbi yardım göstərmək yox, həmkarlar ilə birlikdə alimin düşdüyü vəziyyətə gülmək olub. 5 dəqiqəlik qəhqəhədən sonra həkimlər ixtiraçının burnundan və boğazından maqnitləri çıxarıblar.

"Deməliyəm ki, bir də artıq maqnitlərlə eksperiment aparmaq fikrində deyiləm", — astrofizik bildirib.

Xəbər lenti
0