04:15 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
17 0 0

"Yerli istehsalımız olan tibbi ləvazimatları göndərdiyimiz başqa ölkələr də var. Beləliklə, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti vasitəsilə çətin günlərini yaşayan İtaliyaya bir gəmi dolu tibbi ləvazimat göndərmişik", - Ərdoğan bildirib.

BAKI, 31 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İspaniyaya təyyarə ilə tibbi ləvazimatlar göndərəcəyini deyib.

Sputnik Azərbaycan "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Prezident Ərdoğan vacib tibbi ləvazimatların İspaniyaya çərşənbə gününə qədər göndəriləcəyini bildirib.

Qeyd edək ki, İspaniya COVID-19 pandemiyasından ən böyük zərər çəkmiş ikinci Avropa ölkəsidir.

Ərdoğan Türkiyənin İtaliyaya da tibbi ləvazimatlar göndərdiyini bildirib.

"Yerli istehsalımız olan tibbi ləvazimatları göndərdiyimiz başqa ölkələr də var. Beləliklə, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti vasitəsilə çətin günlərini yaşayan İtaliyaya bir gəmi dolu tibbi ləvazimat göndərmişik", - Ərdoğan bildirib.

İtalyanının Qırmızı Xaç Cəmiyyəti "Twitter" səhifəsində Türkiyədən gələn ləvazimatların şəkillərini və Türkiyəyə təşəkkür məktubunu paylaşıb.

"Türkiyə Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən tibbi ləvazimatlar Romaya çatıb. Təşəkkürlər, Türkiyə!" - tvitdə yazılıb.

Dünya üzrə COVID-19 xəstəliyindən ən çox ölümlər İtaliyada qeydə alınıb. Xəstəliyin səbəb olduğu bütün ölümlərinin üçdə birindən çoxu bu ölkənin payına düşür.

İtaliyanın rəsmi məlumatına görə, COVID-19 xəstəliyindən ölənlərin sayı bazar ertəsi 812 nəfər artaraq 11591-ə yüksəlib. Yeni yoluxma hallarının sayı isə 4050 artaraq 101739-ə çatıb.

İspaniyada isə son 24 saat ərzində 1000 yoluxma faktı qeydə alınıb, xəstələrin sayı 8744-ə çatıb. COVID-19 bu ölkədə 297 nəfəri öldürüb.

Əsas mövzular