ABŞ-dan bədbin proqnoz – Koronavirusun ikinci dalğası...

© AFP 2023 / SPENCER PLATTСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxta qədər virusu yoxlama və izləmə texnologiyaları təkmilləşəcək, o vaxta qədər vaksin də hazır olacaq

BAKI, 31 mart — Sputnik. SARS-CoV-2 koronavirusu bu ilin payız ayında yeni pnevmoniya dalğasına səbəb ola bilər, lakin Birləşmiş Ştatlar ona hazır olacaq.

Home Team Science & Technology Agency (HTX) scientists demonstration the test process of their coronavirus test kit  - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan koronavirusla bağlı ümidverici xəbər – Artıq səhv olmayacaq

Sputnik Azərbaycan "Fox8" telekanalına istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında ABŞ Allergik və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru Entoni Fauçi bildirib.

"Həmin vaxta qədər onunla mübarizə üçün daha əvvəl olmayan üsullarımız olacaq", - deyə Fauçi qeyd edib.

Onun sözlərinə görə, həmin vaxta qədər virusu yoxlama və izləmə texnologiyaları təkmilləşəcək: "Həmin vaxta qədər vaksin də hazır olacaq. Bu prosesə artıq başlanılıb".

Xatırladaq ki, Birləşmiş Ştatlarda 164,5 min adam koronavirusa yoluxub, onlardan 3,1 mini ölüb, 5,1 mini isə sağalıb. Hazırda dünyada bu virusa yoluxma halı ən çox bu ölkədə qeydə alınıb.

Xəbər lenti
0