Türkiyədə qorxulu statistika: Bir gündə 2 min yoluxma

© AFP 2023 / STRИнфекционное отделение госпиталя, фото из архива
Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, indi ölənlərin ümumi sayı 131, xəstələrin sayı isə 9,217 nəfərə çatıb

BAKI, 30 mart – Sputnik. Son 24 saat ərzində Türkiyədə yeni bir növ koronavirus ilə yoluxma hallarının sayı 1,8 mindən çox artıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoca qeyd edib ki, son 24 saat ərzində 9992 test aparılıb və 1815 yeni koronavirusa yoluxma halları qeydə alınıb, 23 xəstə vəfat edib:

"İndi ölənlərin ümumi sayı 131, xəstələrin sayı isə 9,217 nəfərə çatıb".

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu xəstəlikdən sağalmış xəstələrin ümumi sayı 105 nəfərdir.

Xəbər lenti
0