02:53 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
36 0 0

Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı nağd puldan istifadə edərkən və istifadə etdikdən sonra əlləri sabunla yumağı tövsiyə etmişdi

BAKI, 30 mart — Sputnik. Rusiyalı qadın 13 ədəd beşminlik əsginası koronavirusdan təmizləmək istəyərkən onları itirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə prosto.robski. adlı istifadəçi "Instagram" sosial şəbəkəsində paylaşım edib. 

"Instagram"-a yerləşdirilən şəkildə masanın üstündəki 65 min rubl əksini tapıb. Bəzi əsginasların üstündə qaranlıq ləkələr görünür, bəziləri isə tamamilə yanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Anamariya (@prosto.robski)

"Mən, əgər belə demək mümkünsə, yüngül şokdayam. Siz nə vaxtsa mikrodalğalı sobada pulunuzu dezinfeksiya etdinizmi? Mən isə koronavirusdan dezinfeksiya etdim, sadəcə mikrodalğalı sobada çox saxladım”, - deyə qız öz sosial şəbəkə hesabında yazıb.

Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı nağd puldan istifadə edərkən və istifadə etdikdən sonra əlləri sabunla yumağı tövsiyə etmişdi. Rusiyanın İstehlakçı hüquqlarına nəzarət İdarəsi bildirmişdi ki, əsginaslar infeksiyanın ötürülmə vasitələrindən biri ola bilər.

Əsas mövzular