Uşaqlara rəhm edir: Gürcüstanda 2 azyaşlı virusdan sağaldı

© AFP 2023 / DELIL SOULEIMANДевочка в маске, фото из архива
Девочка в маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün yoluxmuş uşaqlarda xəstəlik yüngül şəkildə keçir və onların heç birində ağciyər iltihabı yoxdur.

BAKI, 29 mart — Sputnik. Tbilisinin Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirusdan müalicə alan beş uşaqdan ikisi sağalıb və evə buraxılıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə xəstəxananın tibb direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında deyib.

В Грузии прошел военный парад в честь Дня независимости страны - Sputnik Azərbaycan
Koronavirus artıq orduya çatdı: "qapıbir" qonşumuz təşvişdə

Onun sözlərinə görə, daha üç uşaq xəstəxanadadır. Onların vəziyyəti qənaətbəxşdir.

"Ölkədə sağalmış 18 pasiyentdən ikisi uşaqdır. Bizim mərkəzdə cəmi beş uşaq yerləşdirilmişdi. Onlardan biri də artıq klinikanı tərk etdi. Yəni bu beş uşaqdan ikisi sağalıb və evə buraxılıb. Üç nəfər qalır. Onların sağlamlığına təhlükə yoxdur", - Ezuqbaya jurnalistlərə bildirib.

Bütün yoluxmuş uşaqlarda xəstəlik yüngül şəkildə keçir və onların heç birində ağciyər iltihabı yoxdur.

Rəsmi stopcov.ge saytının məlumatına görə, ölkədə 90 koronavirusa yoluxma faktı aşkar edilib, 18 xəstə sağalıb. Karantində 4717 nəfər saxlanılır.

Xəbər lenti
0