Koronavirusdan ölənlərin sayı 31 mini keçdi

© AFP 2023 / STRИнфекционное отделение госпиталя, фото из архива
Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 29 mart — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 663 213-ə çatıb. Bu barədə Sputnik Azərbaycan South China Morning Post-a istinadən xəbər verir.

Məlumata əsasən, bu virusa yoluxmuş 31 119 nəfər vəfat edib, 140 minə yaxın şəxs isə sağalıb.

Nəşr vurğulayır ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı 97837 nəfər artıb. Ölənlərin sayında isə bir sutka ərzində 4859 artım qeydə alınıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 122 min 666 nəfərdir. Avropada virusdan ölənlərin və ona yoluxanların sayına görə İtaliya ilk yerdədir. Belə ki, bu ölkədə 92 472 yoluxma qeydə alınıb. Üçüncü yerdə isə 73 235 halla İspaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0