02:36 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
29330

"Rossiya Seqodnya" mediaqrupunun bütün Rusiya və beynəlxalq layihələri bu gün loqotiplərini dəyişirlər

BAKI, 26 mart — Sputnik. Hazırda, pandemiya şəraitində, ən elementar təhlükəsizlik tədbirləri - şəxsi gigiyena və özünütəcrid - çox effektivdir. Məhz buna görə evdə qalaraq biz çoxlarının həyatını qurtara bilərik. RİA Novosti-nin bütün dünyadakı xəbər xidmətləri və Sputnik redaksiyaları tədricən distant rejimdə işə keçirlər, ancaq gecə-gündüz öz oxucuları və abunəçilərinə ən aktual və etibarlı məlumatları çatdırmağa davam edirlər.

Özünütəcrid - təhlükəsizlikdir, bu, ən düzgün olanıdır və bizi və yaxınlarımızı virusun bundan belə də yayılmasından qoruyur. Bizim loqotiplərimizdə əks olunan ev şəkli də bunu simvolizə edir. Bu gün yenilənmiş loqotipləri ria.ru-da, agentliyin rusdilli saytlarında, yaxın və uzaq xaricdəki Sputnik-lərdə, Radio Sputnik-də, eləcə də onların sosial şəbəkələrdəki səhifələrində görə biləcəksiniz.

Bu - həmişəlik deyil. Bu - bizim virusun yayılmasına cavabımız və pandemiya ilə mübarizədə hər kəsi aktiv mövqe tutmağa çağırışdır. Bu gün KİV cəmiyyətin məlumatlandırılmasında vacib rol oynamalıdır. Evdə qalın, biz isə sizi son hadisələr barədə operativ məlumatlarla təmin edər, xəstəlikdən qorunma və profilaktika üsullarından danışarıq.

İlin əvvəlindən COVID-19 bütün dünyada minlərlə insanın həyatına son qoydu, yüz minlərlə insan bu mərəzə yoluxdu və bu rəqəm hər gün artmaqdadır. Rusyada hal-hazırda vəziyyəti nəzarətdə saxlamağa nail olunub. Hökumət Rusiyanın paytaxtında və regionlarında koronavirusun yayılmasına qarşı etibarlı sədd çəkilməsi üçün əlindən gələni edir.

Ancaq biz bir-birimizə kömək etməsək, istənilən tədbirin heç bir faydası olmayacaq. Yalnız birlikdə biz bu təhlükənin öhdəsindən gələ bilərik. Məhz buna görə biz loqotipləri dəyişməık qərarına gəldik.

Özünüzü və əzizlərinizi qoruyun, özü də #panikasız!

 

Əsas mövzular