Britaniya vəlvələdə: şahzadə koronavirusa yoluxdu

© AP Photo / Frank AugsteinПринц Великобритании Чарльз и Камилла, герцогиня Корнуоллская
Принц Великобритании Чарльз и Камилла, герцогиня Корнуоллская - Sputnik Azərbaycan
Abunə olmaq
Çarlzın virusa kimdən yoluxduğunu müəyyənləşdirmək mümkün olmayıb. Onun həyat yoldaşı Kamilla da müayinə olunub, lakin onda koronavirus aşkar edilməyib

BAKI, 25 mart — Sputnik. Britaniya şahzadəsi Çarlzın koronavirus testi müsbət nəticə verib. Sputnik Azərbaycan "Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Britaniya kral ailəsinin "Klarens Haus" iqamətgahı yayıb.

Bu gün verilmiş bəyanatda 71 yaşlı şahzadənin koronavirusa yoluxduğu təsdiqlənib.

"Uels şahzadəsinin koronavirus testinin nəticəsi müsbət olub. Onda yüngül simptomlar müşahidə olunur, lakin buna baxmayaraq sağlamlıq vəziyyəti yaxşıdır və həmişəki kimi son bir neçə gün ərzində evdən işləyir", - bəyanatda deyilir.

Çarlzın virusa kimdən yolxuduğunu müəyyənləşdirmək mümkün olmayıb. Onun həyat yoldaşı Kamilla da müayinə olunub, lakin onda koronavirus aşkar edilməyib.

Çarlz və Kamilla dövlətin və həkimlərin məsləhətlərinə uyğun olaraq hazırda Şotlandiyadakı evlərindən bayıra çıxmırlar.

Xəbər lenti
0