22:39 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4701

Borrellinin sözlərinə görə, ölən və sağalanlarla birlikdə koronavirusa yoluxanların ümumi sayı 69 mini keçib

BAKI, 24 mart — Sputnik. İtaliyada bir sutka ərzində koronavirusdan ölənlərin sayı iki günlük azalmadan sonra qəfil yüksələrək 743 nəfərə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin başçısı Ancelo Borrelli deyib.

"Sağalanların sayı 894-ə çatıb, onlar ümumilikdə 8326 nəfərdirlər", - Borelli brifinqdə deyib. Bu, bazar ertəsinin məlumatları ilə müqayisədə ikiqat artım deməkdir.

Hazırda 54 mindən çox italyan koronavirusa yoluxub, bunlardan 3.6 min hal bir sutka ərzində qeydə alınıb. Bu göstərici üçüncü gündür ki, enir.

"Bu gün, təəssüf ki, 743 nəfərin öldüyü barədə məlumatı qeydə aldıq. Ümumilikdə ölənlərin sayı 6820 nəfərə çatdı", - Borrelli deyib.

Bazar ertəsi 602, bazar günü 651 nəfər ölmüşdü. Mənfi rekord isə şənbə günü qeydə alınmışdı - 793 ölü.

Borrellinin sözlərinə görə, ölən və sağalanlarla birlikdə koronavirusa yoluxanların ümumi sayı 69 mini keçib.

Əlaqədar

İtaliyada koronavirusdan ölənlərin sayı niyə artdı?
Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr
Koronavirus dəhşəti: Buz meydançasını morqa çevirirlər - VİDEO

Əsas mövzular