ABŞ İranın yolunu seçdi, amma rəqəmləri demir

© AFP 2023 / NICOLAS TUCAT Мужчина гуляет во дворе тюрьмы, фото из архива
 Мужчина гуляет во дворе тюрьмы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün ABŞ ərazisində bir çox həbsxanaların əməkdaşları görüşləri qadağan edir, məhbusların hərəkətini məhdudlaşdırır və işçiləri yoxlamadan keçirirlər

BAKI, 23 mart — Sputnik. ABŞ-da yerli hakimiyyət həbsxanalarda koronavirus yayılmasının qarşısını almaq məqsədilə minlərlə məhbusu azadlığa buraxır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Wall Street Journal yazır.

Kaliforniya, Nyu-York, Texas və təxminən daha on ştatın həbsxanaları yüngül cinayət törədənləri, eləcə də yaşlı və xəstə məhbusları azad etməyə başlayıb.

"Biz qapıları açıb məhbuslara getməyə icazə vermirik. Biz təhlükəli olmayan, yüngül cinayətlər törədən məhbusları axtarır və həbsxanada səhhət üçün yüksək risk hallarını nəzərdən keçiririk", - deyə Ohayo ştatının Kyahoqa mahalının inzibati məsələlər üzrə məhkəməsinin hakimi Brendan Şihan deyib.

Bütün ABŞ ərazisində bir çox həbsxanaların əməkdaşları görüşləri qadağan edir, məhbusların hərəkətini məhdudlaşdırır və işçiləri yoxlamadan keçirirlər.

Bildirilir ki, Pensilvaniya, Miçiqan, Nyu-York, Vaşinqton və Kolumbiya mahalında təcridxana işçilərinin koronavirusa yoluxması səbəbindən məhbuslar arasında karantin tətbiq olunub. Nyu-York ştatında 30 məhbus yoluxub. 

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da təsdiq olunmuş yoluxma sayı 31 mindən çoxdur, 390 nəfər isə ölüb. ABŞ Çin və İtaliyadan sonra xəstəliyin sayına görə üçüncü yerə çıxıb.

Xatırladaq ki, martın 17-də İran koronavirusa yoluxmanın qarşısını almaq məqsədilə 85 minədək məhbusu həbsxanalardan buraxıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 koronavirus epidemiyasını pandemiya adlandırıb. Dünyada 292 mindən çox insan yoluxub, 12.7 mindən çox adam bu virusun törətdiyi ağır sətəlcəmdən ölüb.

Xəbər lenti
0