03:58 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5601

Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib: "Bu gün biz 651 xəstənin ölümünü qeydə almışıq. Bu gün sağalanların sayı 952 nəfər, ümümulikdə isə 7024 nəfər təşkil edir".

BAKI, 22 mart — Sputnik. İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 651 nəfər ölüb.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

A.Borrelli bildirib: "Bu gün biz 651 xəstənin ölümünü qeydə almışıq. Bu gün sağalanların sayı 952 nəfər, ümümulikdə isə 7024 nəfər təşkil edir".

Xatırladaq ki, bir gün əvvəl ölkədə 24 saat ərzində 793 nəfər ölmüşdü.

Borrellinin sözlərinə görə, ölkə ərazisində hazırda koronavirus xəstələrinin sayı 59138 nəfərdir.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusdan ümumilikdə 5476 nəfər ölüb.

Əsas mövzular