22:04 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
24 0 0

Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb. Hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.

BAKI, 22 mart — Sputnik. Gürcüstanda koronavirusa yoluxan şəxslərin sayı 54 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda bildirilib.

Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır. Koronavirusa yoluxanlardan biri tam sağalıb.

Ermənistanda isə daha 30 nəfərə koronavirus diaqnozu qoyulub. Səhiyyə Nazirliyindən bildirilib ki, Ermənistanda koronavirus daşıyıcılarının sayı 190-a çatıb.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb. Hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Əsas mövzular