07:03 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Qərara əsasən, sabahdan yaşı 65-dən yuxarı olan vətəndaşların və xroniki xəstəliyi olan şəxslərin evdən çölə çıxmalarına, park və bağça kimi açıq yerlərdə gəzmələrinə məhdudiyyət qoyulur.

BAKI, 21 mart — Sputnik. Türkiyədə koronavirus pandemiyası əleyhinə görülən tədbirlərə daha biri əlavə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyənin Daxili İşlər Nazirliyi bu barədə yeni qərar qəbul edib. 

Qərara əsasən, sabahdan yaşı 65-dən yuxarı olan vətəndaşların və xroniki xəstəliyi olan şəxslərin evdən çölə çıxmalarına, park və bağça kimi açıq yerlərdə gəzmələrinə məhdudiyyət qoyulur.

"Bazar günü saat 00:00-dan başlayaraq yaşı 65-dən yuxarı olan şəxslərə, həmçinin xroniki xəstələrə küçəyə çıxmaq, parklarda, bağlarda və bu cür açıq meydançalarda gəzmək qadağa qoyulur", - ölkənin Daxili İşlər Nazirliyinin xəbərində deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada artıq 234 mindən çox insan COVİD-19 infeksiyasına yoluxub, 10 min nəfərdən çox insan virusun qurbanı olub.

Əsas mövzular