Yunanıstan güclü silkələndi

Abunə olmaq
Təbii fəlakət yerli vaxtla gecə saat 03:49-da qeydə alınıb. Yeraltı təkanların episentrinin yerin səthindən 7 km dərinlikdə yerləşdiyi vurğulanıb.

BAKI, 21 mart – Sputnik. Yunanıstanın Tesprotiya şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan “HaberGlobal”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət yerli vaxtla gecə saat 03:49-da qeydə alınıb.

Yeraltı təkanların episentrinin yerin səthindən 7 km dərinlikdə yerləşdiyi vurğulanıb.

Xəbər lenti
0