05:49 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
88 0 0

Onlar martın əvvəlində ənənəvi ailə naharına yığışıblar. Güman edildiyinə görə, bu nahar zamanı ailə üzvləri koronavirusa yoluxublar.

BAKI, 21 mart – Sputnik. ABŞ-ın Nyu-Cersi ştatının sakini və onun 3 övladı bir həftə ərzində vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

73 yaşlı Qreys Fuskonun 11 uşağı və 27 nəvəsi olub. Onlar martın əvvəlində ənənəvi ailə naharına yığışıblar. Güman edildiyinə görə, bu nahar zamanı ailə üzvləri koronavirusa yoluxublar.

​Nəticədə Qreysin iki böyük övladı – oğlu Karmayn və qızı Rita ölüblər. Sonuncunun diaqnozu barədə ailəsi onun ölümündən sonra xəbər tutub. Onların təxminən 55 yaşları olub.

Bir neçə gün sonra Qreys özü vəfat edib. Qadın son dərəcə ağır vəziyyətdə olub və süni nəfəsalma aparatına qoşulub. O, övladlarının ölümündən xəbəri olmadan dünyadan köçüb.

Onun ölümündən bir gün sonra – martın 19-da Qreysin üçüncü oğlu olan Vinsent Fusko vəfat edib.

Ailənin daha 19 üzvü təcrid olunub, onlardan 2 nəfər reanimasiyadadır. Daha bir nəfərin vəziyyəti stabil hesab edilir.

Karantin səbəbindən ailənin sağ qalan üzvləri vəfat edənləri son mənzilə belə yola sala bilməyiblər.

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1321
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1998
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1062