Qonşularda koronoviruslu xəstələrin sayı artır

© AFP 2023 / PIERO CRUCIATTIДоктор с аппаратом искусственной вентиляции лёгких (ИВЛ), фото из архива
Доктор с аппаратом искусственной вентиляции лёгких (ИВЛ), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da, Ermənistanda ilk koronavirus infeksiyası faktı martın 1-də təsdiqlənib.

BAKI, 20 mart – Sputnik. Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 43-ə çatıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Dəhşətli virus barədə daha bir xoşagəlməz proqnoz - Bu dəfə almanlardan

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib. Bildirilib ki, 1 575 nəfər karantində, 275 nəfər isə stasionar nəzarətdədir.

Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Koronaviruslu pasientlərdən biri tam sağalaraq evə yazılıb.

Ermənistanda isə koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb. Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb. Yoluxanlardan 1 nəfərin sağaldığı bildirilir.

Ermənistanda ilk koronavirus infeksiyası faktı martın 1-də təsdiqlənib.

Xəbər lenti
0