Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti artmağa başlayır

© AFP 2023 / DELIL SOULEIMANНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, bu il martın 9-da OPEK+ razılaşmasının iflası fonunda Brent neftinin qiyməti 30% enərək bir barel üçün 31.43 dollar təşkil edib

BAKI, 20 mart — Sputnik. Dünənki enmələrdən sonra dünya bazarında neftin qiyməti yenidən qalxmağa başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə alqı-satqı əməliyyatlarının yekununda bəlli olub. 

Beləliklə, Brent və WTI neftinin qiymətləri müvafiq olaraq 16 və 30 faiz artıb. Brent markalı neftin bir barelinin qiyməti təxminən 29, WTI isə 26 dollar olub.

Dünən isə neftin qiyməti 2002-2003-cü illərdəki səviyyəyədək düşüb (Brent 25, WTI - 21 dollardan aşağı).

Xatırladaq ki, bu il martın 9-da OPEK+ razılaşmasının iflası fonunda Brent neftinin qiyməti 30% enərək bir barel üçün 31.43 dollar təşkil edib. Bundan sonra isə beynəlxalq valyuta bazarında dollar və avronun məzənnəsi qalxıb. Dünya birjaları işinə güclü enişlə başlayıb. Həmin gündən indiyədək neftin qiymətində bir neçə dəfə eniş və yüksəliş qeydə alınıb.

Xəbər lenti
0